"Qarabağ"ın U-15 komandası "Junior World Cup Antalya" turnirində ilk oyununu keçirib.
İdman.biz xəbər verir ki, B qrupunda yer alan Ağdam təmsilçisi "Fulhem"lə münasibətlərə aydınlıq gətirib.
Qarşılaşma rəqib komandanın üstünlüyü ilə keçib. London təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnirdə "Qarabağ"la yanaşı, “Ştutqart” (Almaniya), “Rayo Valyekano” (İspaniya), “Srvena Zvezda” (Serbiya), “Lex” (Polşa), “Aspire Akademi” (Qətər), “Dinamo” (Tbilisi, Gürcüstan) kimi klublar yarışır.
İdman.biz