72-ci rəqib

Xəbərlər
20 Mart 2025 15:43
87
72-ci rəqib

Azərbaycan millisi tarixində ilk dəfə Haiti ilə qarşılaşacaq.

İdman.biz xəbər verir ki, KONKAKAF təmsilçisi ilə yoldaşlıq oyunu martın 22-də keçiriləcək.

Bununla da Haiti yığmamızın tarixində 72-ci rəqib olacaq. İlk rəsmi matçına 1992-ci ildə çıxan millimiz indiyədək 71 fərqli komanda ilə üz-üzə gəlib.

Haiti KONKAKAF-dan olan 5-ci rəqibimizdir. Bunadək millimiz Trinidad və Tobaqo, ABŞ, Kanada və Hondurasla görüşüb.

Qeyd edək ki, Haiti ilə matç Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

İdman.biz