Hazırda “Tottenhem”in formasını geyinən Endryu Robertson qatıldığı podkast proqramında karyerasında unutmadığı atmosferlərdən danışarkən Türkiyənin “Qalatasaray” futbol klubu ilə bağlı diqqətçəkən ifadələr işlədib.
İdman.Biz xəbər verir ki, “Liverpul”un keçmiş futbolçusu, hazırda “Tottenhem”də çıxış edən Endryu Robertson “Mançester Yunayted”in əfsanələri Roy Kin və Qari Nevillın “Stick to Football” podkastının qonağı olub.
Nevillin “Oynadığın ən yaxşı atmosfer harada olub?” sualını cavablandıran Robertsondan diqqətçəkən açıqlama gəlib.
Təcrübəli sol cinah müdafiəçisi deyib:
“Evimizdə keçirdiyimiz “Liverpul” - “Barselona” matçının atmosferi çox xüsusi idi. Amma ötən mövsüm “Qalatasaray”a qarşı oynadığım matçda nifrət etdim. Azarkeşlərin yaratdığı atmosfer həqiqətən dəhşətli idi. Bütün oyun ərzində bizi dayanmadan fitə basdılar".
Xatırladaq ki, “Qalatasaray” ötən mövsüm Çempionlar Liqasında “Liverpul”u İstanbulda 1:0 hesabı ilə məğlub edib.
