Millidə zədələnən Mahir Emreli ilə bağlı “Rakuv” açıqlama yaydı

24 Sentyabr 2026 15:38
83
Millidə zədələnən Mahir Emreli ilə bağlı “Rakuv” açıqlama yaydı

Polşanın “Rakuv” futbol komandasının hücumçusu Mahir Emreli Azərbaycan millisinin heyətində zədələnməsi ilə bağlı açıqlama yayıb.

İdman.Biz xəbər verir ki, 29 yaşlı forvard Tacikistanla 1:0 hesabı ilə başa çatan yoldaşlıq görüşünə ehtiyat oyunçular skamyasında başlayıb və 46-cı dəqiqədə meydana daxil olub. Qarşılaşmanın sonlarında Emreli yerə yıxılaraq dizini tutub.

Bundan sonra “Rakuv” azarkeşlərindən biri sosial şəbəkədə klubun mətbuat katibi Damian Markovskiyə müraciət edərək futbolçunun vəziyyətini soruşub.

Markovski açıqlama yayaraq bildirib ki, Emrelinin dizində problem var, amma söhbət bağların zədələnməsindən getmir:

“Doğrudur, dünənki oyundan sonra dizində problem yaranıb, amma bu, bağlarla bağlı deyil. Daha sonra əlavə məlumatım olacaq və açıqlayacağam”.

Xatırladaq ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən İdman.Biz-ə bildirilib ki, Emrelinin zədəsi ciddi xarakter daşımır və onun sentyabrın 27-də Millətlər Liqasında Litva ilə keçiriləcək oyunda iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərarı məşqçilər korpusu birbaşa matç günü verəcək.

Hücumçu bu mövsüm “Rakuv”un heyətində 15 matçda meydana çıxıb, altı qol vurub və bir məhsuldar ötürmə edib.

İdman.Biz