Abdulla Xaybulayev və Mahir Emrelinin son durumu məlum oldu - AFFA-dan İDMAN.BİZ-ə AÇIQLAMA

24 Sentyabr 2026 13:13
85
Abdulla Xaybulayev və Mahir Emrelinin son durumu məlum oldu - AFFA-dan İDMAN.BİZ-ə AÇIQLAMA

Futbol üzrə Azərbaycan milli komandasının futbolçuları Abdulla Xaybulayev və Mahir Emreli Tacikistanla yoldaşlıq görüşü (1:0) zamanı ciddi zədədən yayınıblar.

Bu barədə İdman.Bizə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib.

Xaybulayevin ayağında isə ümumiyyətlə zədə aşkarlanmayıb. Oyun zamanı futbolçunun ayağında qıcolma baş verib və hazırda özünü yaxşı hiss edir.

Emrelinin zədəsi isə ciddi xarakter daşımır. AFFA-dan bildirilib ki, onun sentyabrın 27-də Millətlər Liqasında Litva ilə keçiriləcək oyunda iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərarı məşqçilər korpusu birbaşa matç günü verəcək.

Qeyd edək ki, Litva ilə görüşdən sonra Azərbaycan millisini daha iki oyun gözləyir: oktyabrın 1-də komanda evdə Lixtenşteyni qəbul edəcək, oktyabrın 4-də isə yenidən Litva ilə qarşılaşacaq.

İdman.Biz