“Zirə” minifutbol üzrə Çempionlar Liqasında ilk qələbəsini əldə edib.
İdman.Biz xəbər verir ki, Seymur Məmmədovun rəhbərlik etdiyi komanda G qrupunda Çexiyanın “Hanspaulka” kollektivi ilə qarşılaşıb.
Görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Zirə”nin qollarını İsa Atayev (22) və Samir Həmzəyev (30) vurublar.
Qeyd edək ki, “Zirə” turnirdə ilk oyununda Bosniya və Herseqovinanın “Krayina” komandası ilə 1:1 hesablı heç-heçə edib.
