Azərbaycanın U-15 milli komandasına (2012-ci il təvəllüdlü futbolçular) namizədlərin müəyyənləşdirilməsi məqsədilə növbəti seleksiya oyunları keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, sentyabrın 25-də Bayıl Məşq Mərkəzində təşkil olunacaq toplanışda ümumilikdə 37 futbolçu iştirak edəcək və üç seleksiya qarşılaşması baş tutacaq.
Qeyd edək ki, U-15 millisinin növbəti təlim-məşq toplanışı 27 sentyabr - 1 oktyabr tarixlərinə planlaşdırılıb. Seleksiya oyunlarında özünü göstərən futbolçular komandanın bu təlim-məşq toplanışına dəvət alacaqlar.
