Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

24 Sentyabr 2026 14:53
69
Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaxın günlərdə rəhbər dəyişikliyinin baş verəcəyi gözlənilir.

İdman.Biz sumqayit24.az-a istinadən xəbər verir ki, hazırda stadionun direktoru vəzifəsində çalışan Şahin İmranov postunu tərk edə bilər.

İddialara əsasən, onun yerinə stadionun əvvəlki direktoru Nadir Quliyevin qayıtması nəzərdə tutulur.

Qeyd edək ki, keçmiş boksçu Şahin İmranov 2024-cü ilin oktyabrında stadionun yeni direktoru təyin olunub.

İdman.Biz