Azərbaycanda 12 ilin görünməyən uğursuzluğu

Xəbərlər
21 Noyabr 2024 18:46
64
Azərbaycanda 12 ilin görünməyən uğursuzluğu

2024-cü ilin payızı Azərbaycanın U-19 və U-17 yığmalarının uğursuzluğu ilə əlamətdar olub.

İdman.biz xəbər verir ki, AVRO-2025-in seçmə mərhələsində çıxış edən komandalarımızın hər ikisi mübarizəni dayandırıb.

Millilər keçirdikləri 6 oyunda qələbə də qazana bilməyiblər. Hər yığma bir heç-heçə ilə kifayətlənib.

Ümumilikdə isə iki komanda birlikdə 2 heç-heçə edib və 4 dəfə uduzub. Bu 6 oyunda 3 qola imza atan futbolçularımız 13 top buraxıblar.

Bu, iki yığmanın nəticələrinə əsasən son 12 ildə ən böyük uğursuzluqdur.

2012/13 mövsümündə 6 oyunda cəmi 1 xal əldə olunub. Sonrakı illərdə isə nəticələr indikindən yaxşı alınıb. Düzdür, həm 2013/14, həm də 2023/24 mövsümlərində millilərin qazancı indiki kimi 2 xala bərabər olub. Amma hər iki halda top fərqi daha yaxşı idi.

Yığmalarımızın çıxışı ilə bir antirekord da təkrarlanıb. Ardıcıl 2 mövsüm qələbə qazanmayan millilər yalnız bir dəfə belə seriya ilə üzləşib. 2012/13 və 2013/14 mövsümlərində də üst-üstə 12 matçda bir dənə də qalibiyyət sevinci yaşanmayıb.

Qeyd edək ki, 2020/21 mövsümündə koronovirus pandemiyası üzündən U-19 və U-17-lərin qitə çempionatı keçirilməyib. 2014/15 mövsümündə hər iki, 2018/19 mövsümündə bir yığmamız mərhələ adladığı üçün oyun sayı daha çox alınıb.

2012/13

6

0

1

5

4-17

-13

1

2013/14

6

0

2

4

6-15

-9

2

2014/15

12

2

2

8

8-29

-21

8

2015/16

6

2

1

2

3-11

-8

7

2016/17

6

2

0

4

6-11

-5

6

2017/18

6

1

1

4

5-19

-14

4

2018/19

9

2

1

6

8-20

-12

7

2019/20

6

1

0

5

3-15

-12

3

2020/21

-

-

-

-

-

-

-

2021/22

6

1

0

5

3-11

-8

3

2022/23

6

1

0

5

11-13

-2

3

2023/24

6

0

2

4

4-13

-9

2

2024/25

6

0

2

4

3-16

-13

2

Vüqar Xeyrullayev
İdman.biz