Türkiyə Futbol Federasiyası (TFF) mərc araşdırması çərçivəsində 2026/27 mövsümündə Super Liqa və TFF 1-ci Liqasında çıxış edən klublarda son 5 il ərzində rəhbər vəzifəsində çalışmış və həmin dövrdə mərc oynadığı müəyyən edilən 448 şəxsin adını Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.
İdman.Biz Türkiyə mediasına istinadən xəbər verir ki, həmin şəxslər arasında “Trabzonspor”un prezidenti Ertuğrul Doğan, vitse-prezidenti Zeyyat Kafkas və digər rəhbər şəxslər də var.
“Dörd böyük” klubdan ümumilikdə 31 nəfər siyahıda yer alıb: “Beşiktaş”dan 10, “Fənərbağça”dan 3, “Qalatasaray”dan 5, “Trabzonspor”dan isə 13 nəfər.
“Beşiktaş”: Tarkan Şer, Kerem Gürel, Fırat Fidan, Miraç İltuğ Sungur, Kadir Kılıç, Mustafa Mollaoğlu, Hakan Daltaban, İbrahim Kemal Barış Dillioğlu, Enis Ulusoy, Serhan Çetinkaya.
“Fənərbağça”: Eren Ali Dişli, Bekir Erdem, Erdem Sezer.
“Qalatasaray”: Emir Aral, Özgür Işıtan Gün, Ali Yüce, Maruf Güneş, Ural Aküzüm.
“Trabzonspor”: Yalçın Orhan, Zeyyat Kafkas, Murat İskender, Kemal Ertürk, Taner Fikret Saral, Lokman Sadıklar, Şenol Kaynar, Ertuğrul Doğan, Abdulkadir Ferda Başkan, Semih Hekimoğlu, Derviş Köz, İbrahim Şahinkaya, Ceyhun Eskici.
Futbol İntizam Təlimatının 57-ci maddəsinə əsasən, mərc oynayan şəxslər üç aydan bir ilə qədər yarışlardan kənarlaşdırma və ya adekvat cəzalar almalıdırlar.
