“Mançester Siti”nin futbolçusu Canluici Donnarumma gələn yay İngiltərə klubunu tərk edə bilər.
İdman.Biz insayder Ekrəm Konura istinadən xəbər verir ki, 27 yaşlı qapıçının vəziyyətini “Bavariya”, “Milan” və “İnter” izləyir.
Donnarummanın mümkün gedişi “Mançester Siti”nin maliyyə araşdırması ilə əlaqələndirilir. Klub ciddi maliyyə və ya idman sanksiyaları ilə üzləşərsə, qapıçının transferi gələn yay əsas variantlardan birinə çevrilə bilər. Ən real istiqamət isə onun İtaliyaya qayıtması hesab olunur.
“Milan” Mayk Menianın gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda öz yetirməsini geri qaytarmaq variantını nəzərdən keçirir. Donnarumma 2015-2021-ci illərdə “Milan”da çıxış edib və bu komandanın heyətində 251 oyun keçirib. Daha sonra o, PSJ-yə transfer olunub.
Qeyd edək ki, “Mançester Siti”nin Premyer Liqada maliyyə qaydalarını pozması ilə bağlı ittihamların əksər bəndləri üzrə təqsirli bilindiyi barədə məlumat yayılıb. Klub qərarla razılaşmır və apellyasiya şikayəti vermək niyyətindədir.
