Klopp “Mançester Siti”nin cəzalandırılması ehtimalından danışdı: “Heç bir titul gözləmirəm”

30 Sentyabr 2026 21:41
75
Klopp “Mançester Siti”nin cəzalandırılması ehtimalından danışdı: “Heç bir titul gözləmirəm”

“Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp “Mançester Siti”nin Premyer Liqada maliyyə qaydalarını pozması ilə bağlı mümkün sanksiyalara və mersisaydlıların çempion elan edilə biləcəyi barədə müzakirələrə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Klopp bu məsələni xüsusi diqqətdə saxlamadığını və mümkün qərarı gözləyəcəyini deyib.

“Əlbəttə ki, bu barədə eşitmişəm, lakin buna xüsusi əhəmiyyət verməmişəm. Mən sadəcə otura və gözləyə bilərəm. Pep Qvardiolaya və “Siti”nin oyun üslubuna böyük hörmətim var. Onlar fantastik futbol nümayiş etdirirdilər və bizim üçün yüksək səviyyəli rəqib idilər.

Əgər hansısa sanksiyalar tətbiq olunarsa, mənim bununla heç bir əlaqəm yoxdur. Gözləyəcəyəm və görəcəyəm. Mən heç bir titul və ya buna bənzər bir şeyə hazırlaşmaqdan çox uzağam. “Liverpul”da əldə etdiklərim məni tamamilə qane edir. Biz meydanda əzmlə vuruşduq. Daha artıq heç nə deyə bilmərəm, çünki detalları bilmirəm və onlar mənə maraqlı deyil”, – deyə Klopp Almaniya millisinin mətbuat konfransında bildirib.

İdman.Biz