“Qarabağ”ın rəqibi türkiyəli futbolçuya elçi düşüb

Xəbərlər
14 Oktyabr 2023 17:02
136
“Qarabağ”ın rəqibi türkiyəli futbolçuya elçi düşüb

“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Bayer” türkiyəli futbolçu İsmayıl Yüksəki heyətinə qatmaq istəyir.

İdman.biz yerli mətbuata istinadən xəbər verir ki, Xabi Alonso “Fənərbaxça”nın oyunçusunu yaxından izləyir.

Leverkuzen təmsilçisi ona yaxın zamanda müqavilə təklif edəcəklər. Türkiyə klubu İsmayılla bu ilin əvvəlində yeni müqavilə imzalayıb.

Qeyd edək ki, İsmayıl Yüksək bu mövsüm Türkiyə Superliqasında oynadığı 14 matçda 1 qol və 1 asistlə yadda qalıb.

İdman.biz