Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) rəsmi saytında Fransa-İraq matçının pis hava şəraiti səbəbindən dayandırılması ilə bağlı açıqlama yayıb.
İdman.Biz bildirir ki, Fransa və İraq arasında 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci tur matçı əlverişsiz hava şəraiti səbəbindən birinci hissədən sonra dayandırılıb. İlk yarıdan sonra hesab 1:0 fransızların xeyrinədir.
“Filadelfiyada əlverişsiz hava şəraiti, o cümlədən stadionun yaxınlığında ildırım vurması riski səbəbindən Fransa və İraq arasında dünya çempionatı matçı dayandırılıb. 30 dəqiqəlik fasilə elan edilib, lakin vəziyyət hələ də izlənilir ki, daha da gecikmə ehtimalı müəyyən edilsin.
FIFA yerli hakimiyyət orqanları tərəfindən müəyyən edilmiş təhlükəsizlik protokollarına əməl edəcək və matç təhlükəsiz olan kimi davam edəcək. Hər kəsin təhlükəsizliyi FIFA-nın prioritetidir. Bütün azarkeşlərə anlayışlarına və əməkdaşlığına görə təşəkkür edirik”, - FIFA-nın saytında bildirilib.
