DÇ-2026-nın J qrupunun Argentina-Avstriya oyununda Lionel Messi 9-cu dəqiqədə penaltidən yararlana bilməyib.
İdman.Biz bildirir ki, futbolçu vurulan penalti zərbələrinin (7) və qaçırılan penaltilərin sayına (3) görə dünya çempionatının rekordçusu olub.
Matç 2:0 Argentinanın xeyrinə bitib. Qolların hər ikisini Lionel Messi vurub.
İki oyundan Argentina 6 xala sahibdir və J qrupunda liderlik edir. Avstriyanın üç xalı var.
3-cü oyun günündə Argentina İordaniya (28 iyun), Avstriya isə Əlcəzair (28 iyun) ilə qarşılaşacaq.
DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı dünya çempionudur.
