Lionel Messi dünya çempionatlarında ən çox qol vuran futbolçudur - YENİLƏNİB

22 İyun 2026 23:10
95
Lionel Messi dünya çempionatlarında ən çox qol vuran futbolçudur

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatlarının bombardiri rekordunu bir daha yeniləyib.

İdman.Biz bildirir ki, Messi J qrupunda Avstriya ilə oyunun 90+5-ci dəqiqəsində ikinci qolunu vurub bu rekordu 18 qola çatdırıb.

Qeyd edək ki, Messi bu oyun ərzində rekordu iki dəfə yeniləyib. Ondan əvvəl dünya çempionatlarının ən güclü bombardiri titulunu almaniyalı Miroslav Kloze daşıyırdı - 16 qol.

22:43

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixində ən çox qol vuran oyunçu olub.

İdman.Biz bildirir ki, bu, Argentina və Avstriya arasında DÇ-2026-nın J qrupunun ikinci tur matçında baş verib. Oyun ABŞ-ın Texas ştatının Arlington şəhərindəki “AT&T” stadionunda keçirilir. Hesab 1:0 Argentinanın xeyrinədir.

Lionel Messi dünya çempionatında 17-ci qolunu (DÇ-2026-da dördüncü qolunu) vuraraq, Almaniyanın keçmiş hücumçusu Miroslav Klozenin 16 qolunu keçib. Ən çox qol vuran üçlükdə 15 qol vuran braziliyalı Ronaldo yer alır.

2026-cı il FİFA Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırkı çempion Argentinadır.

İdman.Biz