Fransa millisinin hücumçusu Kilian Mbappe dünya çempionatının bütün zamanların bombardirləri siyahısında yüksəlməyə davam edir.
İdman.Biz-in məlumatına görə, hücumçu 2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda İraqa qarşı oyunda qol vuraraq hesabı 14-cü dəqiqədə açıb.
Bu qol Mbappenin dünya çempionatlarında vurduğu 15-ci qol olub və turnirin rekordçusu Lionel Messi ilə fərqi üçə endirib.
Daha əvvəl Argentina kapitanı Avstriyaya qarşı 2:0 hesablı qələbə qazandıqları oyunda iki qola imza ataraq dünya çempionatlarında vurduğu qolların sayını 18-ə çatdıraraq yeni rekord müəyyənləşdirib.
