UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin oyunlarının cədvəli açıqlanıb. “Zirə” klubu bu mərhələdə Gürcüstanın “Torpedo Kutaisi”si ilə qarşılaşacaq.
İdman.Biz-in məlumatına görə, iki oyundan ibarət ilk oyun 8 iyulda Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.
Cavab oyunu 16 iyulda Kutaisidəki “Ramaz Şengeliya” stadionunda keçiriləcək. Oyun da Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
İki oyunun nəticələri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə yüksələcək komandanı müəyyən edəcək.
