Seyxan Fərəcovla İmam Əli yeni mövsümdə “İmişli”nin uğurları üçün çalışacaqlar

22 İyun 2026 22:02
84
Seyxan Fərəcovla İmam Əli yeni mövsümdə “İmişli”nin uğurları üçün çalışacaqlar

“İmişli”nin yeni mövsüm öncəsi heyətini möhkəmləndirmək istiqamətində yeni transferi bəlli olub.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi 24 yaşlı hücumçu Seyxan Fərəcovla 2+1 illik müqavilə imzalayıb. Son olaraq MOİK-in şərəfini qoruyan Seyxan Fərəcov bundan sonra “İmişli”nin formasını geyinəcək.

Bununla yanaşı, klub gənc qapıçı İmam Əli ilə də əməkdaşlığı davam etdirməyə qərar verib. Onun müqaviləsinin müddəti 2+1 il uzadılıb.

İdman.Biz