Azərbaycan Premyer Liqasının iki klubu yoxlama görüşündə üz-üzə gələcək

22 İyun 2026 23:34
91
Azərbaycan Premyer Liqasının iki klubu yoxlama görüşündə üz-üzə gələcək

Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” klubunun yay təlim-məşq toplanışı zamanı rəqiblərindən biri məlum olub.

İdman.Biz bu barədə klubun mətbuat xidmətinə istinadən bildirir.

Komanda Premyer Liqanın digər təmsilçisi “Sumqayıt”la qarşılaşacaq.

Qarşılaşma iyulun 30-u Qəbələ şəhər stadionunda keçiriləcək.

Azərbaycan Premyer Liqasında 2025/26 mövsümündə “Şamaxı” 38 xalla 8-ci, “Sumqayıt” isə 41 xalla 7-ci yeri tutmuşdu.

İdman.Biz