Azər Bağırov sabiq futbolçusunu “Şamaxı”da görmək istəyir

22 İyun 2026 16:52
94
Azər Bağırov sabiq futbolçusunu “Şamaxı”da görmək istəyir

“Karvan-Yevlax” futbol klubundan ayrılan Vadim Abdullayev karyerasını “Şamaxı”da davam etdirə bilər.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, baş məşqçi Azər Bağırov sabiq futbolçusunu sərəncamında görmək istəyir.

Danışıqlar müsbət yekunlaşsa, 31 yaşlı futbolçu növbəti mövsüm bölgə təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Abdullayev başa çatan mövsümdə Yevlax təmsilçisinin heyətində 30 oyuna çıxıb və bir qolla yadda qalıb.

İdman.Biz