“Çelsi” Mareska üçün təxminən 20 milyon avro alacaq

23 İyun 2026 03:19
87
“Çelsi” Mareska üçün təxminən 20 milyon avro alacaq

“Mançester Siti” və “Çelsi” baş məşqçi Entso Mareska ilə bağlı razılığa gəliblər.

İdman.Biz bildirir ki, 46 yaşlı italyan mütəxəssis londonlularla müqaviləsini ləğv etməyə razılıq verib.

Mareska yaxın saatlarda “şəhərlilər”lə üç illik müqavilə imzalamaq və Pep Qvardiolanın varisi olmaq üçün Mançesterə gedəcək.

Canluka Di Marzionun sözlərinə görə, “Siti”nin Entso üçün “Çelsi”yə təzminatı təxminən 20 milyon avro (17 milyon funt sterlinq) təşkil edir.

İdman.Biz