Rafinya Bakıda azarkeş izdihamı ilə üzləşdi - VİDEO

24 Noyabr 2026 13:07
38
Rafinya Bakıda azarkeş izdihamı ilə üzləşdi - VİDEO

İspaniyanın “Barselona” futbol komandasının hücumçusu Rafinya Bakıda azarkeşlərin böyük marağı ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”la keçiriləcək qarşılaşma üçün Azərbaycan paytaxtına gələn braziliyalı futbolçunun ətrafında azarkeş izdihamı yaranıb.

Rafinya futbolsevərlərin avtoqraf istəyini geri çevirməyib.

Qeyd edək ki, “Sabah” - “Barselona” qarşılaşması 25 noyabrda Bakı Olimpiya Stadionunda keçiriləcək. Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunun görüşü saat 21:45-də başlayacaq.

İdman.Biz