“Sabah”dan 3 fərqli milliyə dəvət olunublar

Xəbərlər
9 Oktyabr 2023 16:04
171
“Sabah”dan 3 fərqli milliyə dəvət olunublar

“Sabah”ın futbolçuları Davit Volkov, Vinsent Till və Jarl Marqarita öz ölkələrinin milli komandalarına dəvət alıblar.

İdman.biz xəbər verir ki, onlar müvafiq olaraq, Gürcüstan, Lüksemburq və Kurasao yığmalarının düşərgələrinə yollanacaqlar.

Volkovun formasını geyindiyi Gürcüstan millisi oktyabrın 12-də yoldaşlıq oyununda Tailand, 15-də AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində evdə Kiprlə üz-üzə gələcək.

Till Lüksemburq yığması ilə AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə İslandiya, 3 gün sonra evdə Slovakiya ilə oynayacaq.

Marqaritalı Kurasao yğması isə KONKAKAF Millətlər Liqası çərçivəsində oktyabrın 14-də evdə Panama, 18-də isə Trinidad və Tobaqo millisi ilə qarşılaşacaq.

İdman.biz