“Fransalı hücumçu Tyerri Anrini "Arsenal"ın 21-ci əsrdə ən yaxşı futbolçusudur”.
İdman.biz xəbər verir ki, bunu goal.com portalı versiya kimi irəli sürüb.
Reytinqdə niderlandlı hücumçu Dennis Berqkamp ikinci, fransız Patrik Vieyra üçüncü, digər fransız Robert Pires dördüncü, isveçli yarımmüdafiəçi Fredrik Lyunqberq isə beşinci yerdə qərarlaşıb.
Qeyd edək ki, adları çəkilən futbolçuların hamısı 2003/04 mövsümündə "Arsenal"da çıxış edib, o zaman "topçular" heç bir oyunda uduzmadan İngiltərə çempionu olublar.
Tyerri Anri "Arsenal"da 1999-2007-ci illərdə çıxış edib. Fransa millisinin hücumçusu London klubunun heyətində müxtəlif turnirlərdə 228 qol vurub. O, "Arsenal"la iki dəfə İngiltərə Premyer Liqasının çempionu titulunu qazanıb.
İdman.biz