İspaniyanın “Real” futbol komandasının qapıçısı Tibo Kurtua karyerasını Madrid klubunda başa vurmaq niyyətindədir.
İdman.Biz xəbər verir ki, 34 yaşlı belçikalı daha sərfəli maliyyə təklifləri alsa da, hazırkı müqaviləsini sona qədər yerinə yetirməyi və sonradan peşəkar karyerasını “Real”da bitirməyi planlaşdırır.
Kurtua 2018-ci ilin yayından “Real”da çıxış edir. O, Madrid təmsilçisi ilə 14 titul qazanıb, bunların arasında iki Çempionlar Liqası kuboku da var.
2026/27 mövsümündə qapıçı bütün turnirlərdə səkkiz oyun keçirib və doqquz qol buraxıb.
