“Şəfa”nın yeni transferi: “Böyük hədəflərim var”

5 Oktyabr 2026 00:08
87
“Şəfa”nın yeni transferi: “Böyük hədəflərim var”

Azərbaycanın “Şəfa” futbol komandasının yeni transferi Tyaqo Silva Bakı klubuna keçidini dəyərləndirib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı qolkiper sportal.az-a açıqlamasında yeni mərhələyə böyük ümidlərlə başladığını bildirib.

“Burada olmağımdan çox məmnunam. “Şəfa” ilə başlayacaq yeni mərhələyə həyəcanla yanaşıram. Həm şəxsi, həm də komanda səviyyəsində bu mövsümlə bağlı böyük hədəflərim var. Çox çalışmaq, klubun məqsədlərinə çatmasına töhfə vermək istəyirəm. Ümid edirəm ki, birlikdə xüsusi işə imza atacağıq. Qarşıda görüləcək çox iş olduğunu bilirəm, lakin bu çağırışa hazıram və yenidən oynamağı səbirsizliklə gözləyirəm”, - Silva deyib.

İdman.Biz