Azərbaycan Litvanı məğlub edərək xallarını beşə çatdırdı – YENİLƏNİB + VİDEO

4 Oktyabr 2026 19:01
1 075
Azərbaycan Litvanı məğlub edərək xallarını beşə çatdırdı – YENİLƏNİB + VİDEO

UEFA Millətlər Liqasının D2 qrupunda keçirilən Azərbaycan - Litva matçı başa çatıb.

İdman.Biz xəbər verir ki, 8-ci km stadionunda təşkil olunan qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybullayev vurub.

51-ci dəqiqədə Xaybullayev ikinci sarı vərəqəni alsa da, VAR yoxlamasından sonra qərar ləğv edilib. Epizodda simulyasiyaya görə sarı vərəqə Litva futbolçusuna göstərilib.

Beləliklə, Azərbaycan millisi Litva üzərində qələbə qazanaraq üç xala sahib olub və xallarının sayını beşə matdırıb. Litva millisinin dörd, Lixtenşteynin isə bir xalı var.

18:14

Abdulla Xaybullayev 51-ci dəqiqədə ikinci sarı vərəqəni alsa da, VAR yoxlanışından sonra vərəqə ləğv edilir və simulyasiyaya görə sarı vərəqə Litva oyunçusuna göstərilir.

18:03

UEFA Millətlər Liqasının D2 qrupunda keçirilən Azərbaycan - Litva matçında ikinci hissə başlayıb.

İdman.Biz xəbər verir ki, 8-ci km stadionunda keçirilən qarşılaşmada Azərbaycan yığması ilk hissəni 1:0 hesablı üstünlüklə başa vurub.

Oyunda yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybullayev vurub.

17:50

UEFA Millətlər Liqasının D2 qrupunda keçirilən Azərbaycan - Litva matçının ilk hissəsi başa çatıb.

İdman.Biz xəbər verir ki, 8-ci km stadionunda keçirilən qarşılaşmada Azərbaycan yığması fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

Matçda hesabı 25-ci dəqiqədə Abdulla Xaybullayev açıb.

17:26

Abdulla Xaybullayev 25-ci dəqiqədə hesabı açır - 1:0.

16:54

Futbol üzrə UEFA Millətlər Liqasında D2 qrupunda növbəti oyun başladı.

İdman.Biz xəbər verir ki, Azərbaycan yığması 8-ci km stadionunda Litva millisini qəbul edir.

16:08

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında D2 qrupunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, yığma komandamız Litva ilə qarşılaşacaq.

Artıq hər iki komandanın start heyəti bəlli olub:

Azərbaycan: Emil Balayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Abdulla Xaybullayev, Aleksey İsayev, Rüfət Abbasov, Toral Bayramov, Mahir Emreli, Oruc Məmmədov

Ehtiyat oyunçular skamyası: Aydın Bayramov, Rəvan Mirzəmmədov, Anton Krivotsyuk, Emin Mahmudov, Renat Dadaşov, Anatoli Nuriyev, Emil Səfərov, Elvin Bədəlov, Ceyhun Nuriyev, Vüsal İsgəndərli, Rüfət Abdullazadə, Musa Qurbanlı

Litva: Şvedkauskas, Lekiatas, Utkus, Armalas, Liçkunas, Vorobyovas, Gineitis, Lasiçkas, Slivka, Kuçiş, Doljnikov

Ehtiyat oyunçular skamyası: Paukşte, Bartkus,Tutişkinas, Steponaviçius, Kazukolovas, Şluta, Ruzqis, Yankauskas, Mixelbrink, Maljinskas, Vençkus, Burba

09:23

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun komandası oktyabrın 4-də D Liqasının ikinci qrupunda Litva millisini qəbul edəcək.

Qarşılaşma 8-ci km stadionunda keçiriləcək və saat 17:00 başlayacaq.

Komandalar cari turnirdə artıq bir dəfə üz-üzə gəliblər. Sentyabrın 27-də Litvada keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Azərbaycan millisi oktyabrın 1-də isə Lixtenşteynlə Bakıda qolsuz heç-heçə edib.

Litva ilk turda Lixtenşteyn üzərində 2:0 hesablı qələbə qazanıb. Beləliklə, Azərbaycan üçün sabahkı qarşılaşma qrupdakı vəziyyət baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində son oyununu noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.

İdman.Biz