İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Mark Bernal Avropanın iki klubunun maraq dairəsinə düşüb.
İdman.Biz “ProSports”a istinadən xəbər verir ki, İngiltərənin “Liverpul” və İspaniyanın “Atletiko” futbol komandaları 19 yaşlı futbolçunun transfer imkanlarını nəzərdən keçirirlər.
Məlumata görə, Bernalla xüsusilə “Liverpul”un baş məşqçisi Andoni İraola və “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone maraqlanır.
Futbolçunun gələcəyi onun “Barselona”dakı vəziyyətindən asılı olacaq. Bernal Hansi Flikə əsas heyətdə daha böyük rola layiq olduğunu sübut etmək istəyir. Lakin hazırda baş məşqçi onu mövqeyində əsas seçim kimi görmür.
Əgər ispaniyalı yarımmüdafiəçi aldığı oyun vaxtından narazı qalsa, “Barselona” onun komandadan birdəfəlik ayrılması variantını nəzərdən keçirə bilər. Bununla belə, Kataloniya klubu yetirməsini satmaq niyyətində deyil və yalnız futbolçunun özü transfer istədiyi halda bu məsələyə baxmağa hazırdır.
Bernal cari mövsümdə bütün turnirlərdə səkkiz oyunda iştirak edib və iki məhsuldar ötürmə verib. Onun “Barselona” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” futbolçunun bazar dəyərini 30 milyon avro qiymətləndirir.
