Misir futbol millisi yoldaşlıq görüşündə Cənubi Afrika Respublikasına 0:1 hesabı ilə məğlub olub.
İdman.Biz xəbər verir ki, qarşılaşmanın yeganə qolunu 51-ci dəqiqədə Puso Ditekane vurub.
Misir millisinin əsas ulduzlarından Məhəmməd Salah bu qarşılaşmada iştirak etməyib.
Misir bundan əvvəl 7 iyunda Braziliyaya 1:2 hesabı ilə uduzub, 28 mayda isə Rusiyanı 1:0 hesabı ilə məğlub edib. Cənubi Afrika Respublikası isə əvvəlki yoldaşlıq oyununda Yamayka üzərində 1:0 hesablı qələbə qazanıb.
FIFA reytinqində Misir 24-cü, Cənubi Afrika Respublikası isə 54-cü pillədə qərarlaşıb.
