UEFA Millətlər Liqasında dördüncü turun növbəti oyunları keçirilib.
İdman.Biz xəbər verir ki, A Liqasının dördüncü qrupunda Portuqaliya millisi Norveçi 2:1 hesabı ilə məğlub edib. Portudakı “Draqau” stadionunda keçirilən görüşdə hesabı 36-cı dəqiqədə norveçli Kristoffer Ayer açıb. İki dəqiqə sonra Joao Kanselu tarazlığı bərpa edib. Portuqaliyaya qələbə qazandıran qolu 79-cu dəqiqədə Qonsalu Ramuş vurub. 86-cı dəqiqədə Şiku Konseysau qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu qələbədən sonra xalını 12-yə xala çatdıran Portuqaliya 4-cü qrupda liderliyini qoruyub və dörddəbir finala yüksələn ilk komanda olub.
Həmin qrupun digər oyununda Danimarka səfərdə Uelsi 1:0 hesabı ilə məğlub edib. Kardiffdə keçirilən qarşılaşmanın yeganə qolunu 75-ci dəqiqədə Rasmus Höylund penaltidən vurub.
A Liqasının ikinci qrupunda Niderland Serbiyanı 2:1 hesabı ilə üstələyib. Eyndhovendə keçirilən qarşılaşmada Tön Kopmeyners 31-ci dəqiqədə hesabı açıb. Dörd dəqiqə sonra Mixaylo Tsvetkoviç bərabərlik qolunu vurub. Niderlanda qələbəni 72-ci dəqiqədə Coşua Zirkzenin qolu gətirib.
Bu qrupun digər matçında Yunanıstan və Almaniya milliləri qolsuz heç-heçə ediblər - 0:0. Almaniya 32-ci dəqiqədə fərqlənsə də, VAR müdaxiləsindən sonra qol ləğv olunub.
B Liqasının üçüncü qrupunda isə İrlandiya və İsrail 1:1 hesablı heç-heçə ediblər. İrlandiya 39-cu dəqiqədə Troy Parrottun penaltidən vurduğu qolla önə keçib. İsrail 47-ci dəqiqədə Dor Peretsin qolu ilə hesabı bərabərləşdirib.
21:58
UEFA Millətlər Liqasının B Liqasının üçüncü qrupunda Kosovo və Avstriya milliləri üz-üzə gəliblər.
İdman.Biz xəbər verir ki, Priştinadakı “Fadil Vokrri” stadionunda keçirilən dördüncü turun qarşılaşması 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Matçda hesabı 70-ci dəqiqədə Kosovo millisinin hücumçusu Fisnik Asllani açıb. Avstriya yığmasının forvardı Kristof Lanq isə 85-ci dəqiqədə tarazlığı bərpa edib.
Dörd turdan sonra Avstriya 8 xalla qrupun lideridir. Kosovo isə 5 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Millətlər Liqasının son qalibi Portuqaliya millisidir. Portuqaliyalılar əvvəlki turnirin finalında İspaniya ilə əsas vaxtda 2:2 hesablı heç-heçə edib, penaltilər seriyasında 5:3 hesabı ilə qalib gəliblər. Portuqaliya turnirin ikiqat qalibidir.
Paralel keçən oyunda Malta Andorradan üstün olub - 1:0. Yeganə qolu 49-cu dəqiqədə Teddi Teuma vurub.
Bu qələbə ilə Malta millisi xallarının sayını 7-yə çatdırıb. Andorranın isə 1 xalı var.
09:16
Bu gün futbol üzrə UEFA Millətlər Liqasında dördüncü tura start veriləcək.
İdman.Biz xəbər verir ki, 4 oktyabrda A, B və D liqalarında ümumilikdə səkkiz qarşılaşma baş tutacaq. Azərbaycan millisi də D Liqasının ikinci qrupunda Litvanı qəbul edəcək.
4 oktyabr, Bakı vaxtı ilə:
17:00 Azərbaycan - Litva
20:00 Kosovo - Avstriya
20:00 Malta - Andorra
22:45 Yunanıstan - Almaniya
22:45 Niderland - Serbiya
22:45 Portuqaliya - Norveç
22:45 Uels - Danimarka
22:45 İrlandiya - İsrail
Qeyd edək ki, Millətlər Liqasının liqa mərhələsi noyabrın 17-də başa çatacaq.
