Cüdoçumuz Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB + VİDEO

4 Oktyabr 2026 18:57
1 156
Cüdoçumuz Əhməd Yusifov dünya çempionu oldu - YENİLƏNİB + VİDEO

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatının qalibi olub.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz final görüşündə Qazaxıstan təmsilçisi Şerzod Davlatovrəqibini məğlub edərək qızıl medala sahib çıxıb.

15:29

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda Çin Taypeyi idmançısı Yunq Vey Yanqla qarşılaşıb.

Əhməd Yusifov rəqibinə qalib gələrək adını finala yazdırıb. Onun finalda rəqibi Qazaxıstan təmsilçisi Şerzod Davlatov olacaq.

15:02

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda rusiyalı Ayub Bliyevlə qarşılaşıb.

Əhməd Yusifov rəqibinə qalib gələrək adını yarımfinala yazdırıb.

15:02

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/8 final mərhələsində məğlub olub.

14:28

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Hindistan cüdoçusu Harş Sinqhlə qarşılaşıb.

Əhməd Yusifov rəqibini ipponla məğlub edərək adını 1/4 finala yazdırıb.

14:04

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb..

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 finalda ABŞ idmançısı Conatan Yanqla qarşılaşıb.

Görüş ABŞ təmsilçisinin qələbəsi ilə başa çatıb.

13:52

Azərbaycan cüdoçusu Könül Əliyeva Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk görüşündə Çili idmançısını məğlub edib.

Bu qələbə sayəsində Könül Əliyeva 1/8 finala vəsiqə qazanıb.

13:16

Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk görüşündə Monqolustan idmançısı ilə qarşılaşıb.

Əhməd Yusifov rəqibinə qalib gələrək 1/8 finala vəsiqə qazanıb.

12:29

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ilk görüşündə ukraynalı Dilşot Xalmatovla qarşılaşıb.

Balabəy Ağayev rəqibinə qalib gələrək 1/8 finala vəsiqə qazanıb. Onun 1/8 finalda rəqibi ABŞ-li Conatan Yanq olacaq.

Dünya çempionatının görüşləri Bakıdakı Milli Gimnastika Arenasında keçirilir.

12:22

Azərbaycan cüdoçusu Şəfəq Həmidova Bakıda keçirilən dünya çempionatında məğlub olub.

İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşündə Madaqaskar idmançısı Nataşa Razafindrakaloya uduzub.

Bu nəticədən sonra Həmidova medal uğrunda mübarizədən kənarda qalıb.

Eyni çəki dərəcəsində Könül Əliyeva Çili təmsilçisi Mari Di Varqasla qarşılaşacaq.

Kişilərin 60 kq çəki dərəcəsində isə Balabəy Ağayev ilk görüşünü ukraynalı Dilşod Əhmədova qarşı keçirəcək. Əhməd Yusifov isə monqolustanlı Tumenjarqal Tuvşinturla üz-üzə gələcək.

Dünya çempionatının görüşləri Bakıdakı Milli Gimnastika Arenasında keçirilir.

09:29

Bu gün Bakıda Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatı start götürəcək.

İdman.Biz xəbər verir ki, mundialda 93 ölkədən 622 cüdoçu - 335 kişi və 287 qadın mübarizə aparacaq.

Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu - 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında mübarizə aparacaq.

Yarışın ilk günündə iki çəki dərəcəsində – kişilər arasında 60 kq-dək, qadınlar arasında isə 48 kq-dək çəki kateqoriyalarında medallar uğrunda mübarizə aparılacaq. Azərbaycan bu çəki dərəcələrində dörd cüdoçu ilə təmsil olunacaq.

Meydan sahiblərinin əsas ümidləri kişilər arasında 60 kq-dək çəki dərəcəsi ilə bağlıdır. Dünya reytinqinin lideri Balabəy Ağayev ilk görüşünü Artem Kolosov (Belarus) – Dilşod Xalmatov (Ukrayna) qarşılaşmasının qalibi ilə keçirəcək. Ağayev cari mövsümdə Paris və Ulan-Batorda keçirilən “Böyük Dəbilqə” turnirlərinin qalibi olub, Daşkənddə isə ikinci yeri tutub.

Bu çəkidə Azərbaycanın digər təmsilçisi, dünya reytinqində beşinci pillədə qərarlaşan Əhməd Yusifov çempionata Bəhram Boturov (Özbəkistan) – Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi ilə görüşlə başlayacaq. Yusifov 2026-cı ildə Daşkənddə “Böyük Dəbilqə” turnirinin qalibi olub və Tsindao Qran-prisində bürünc medal qazanıb.

Qadınlar arasında 48 kq-dək çəki dərəcəsində Şəfəq Həmidova Madaqaskardan olan Nataşa Razafindrakalo ilə qarşılaşacaq. Azərbaycan cüdoçusu cari mövsümdə Avropa çempionatında və Qazaxıstanda keçirilən “Böyük Dəbilqə” turnirində beşinci yeri tutub.

Könül Əliyeva mübarizəyə Çili təmsilçisi Mari Di Varqasla görüşlə başlayacaq. Əliyeva dünya reytinqində 27-ci pillədədir, bu il isə Tbilisi və Budapeştdə keçirilən “Böyük Dəbilqə” turnirlərində iki dəfə yeddinci yeri tutub.

Dünya çempionatı 4-11 oktyabr tarixlərini əhatə edəcək.

Azərbaycan cüdoçularının ilk rəqibləri:

Qadınlar

48 kq
1/32 final
Şəfəq Həmidova - Nataşa Razafindrakalo (Madaqaskar)
1/16 final
Könül Əliyeva - Mari Di Varqas Ley (Çili)

52 kq
1/16 final
Gültac Məmmədəliyeva - Gefen Primo (İsrail)

57 kq
1/32 final
Xədicə Qədəşova - Janar Joldoşeva (Qırğızıstan)

63 kq
1/16 final
Hanna Zaytseva - Pey Çun Yuan (Tayvan) / Anna Kriza (Macarıstan) cütünün qalibi

70 kq
1/32 final
Südabə Ağayeva - Ai Tsunoda Roustant (İspaniya)

+78 kq
1/16 final
Madina Kaisinova - Asya Tavano (İtaliya)

Kişilər

60 kq
1/16 final
Balabəy Ağayev - Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi
Əhməd Yusifov - Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi

66 kq
1/32 final
Turan Bayramov - Radu İzvoreanu (Moldova)
Nizami İmranov - Vaja Marqvelaşvili (Gürcüstan)
1/16 final
Ruslan Paşayev - Serdar Rahimov (Türkmənistan) / Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibi

73 kq
1/32 final
Hidayət Heydərov - Akil Qyakova (Kosovo)
1/16 final
Rəşid Məmmədəliyev - Adil Osmanov (Moldova) / Castin Lemir (Kanada) cütünün qalibi

81 kq
1/32 final
Vüsal Qələndərzadə - Hristo Valkov (Bolqarıstan)
1/16 final
Zelim Tçkayev - Timoti Meuvsen (Cənubi Afrika Respublikası) / Viktor Sterpu (Moldova) cütünün qalibi
Ömər Rəcəbli - Sibqatullah Arab (IRT) / Mahamadu Dukara (Mali) cütünün qalibi

90 kq
1/32 final
Elcan Hacıyev - Aleksander Knauf (ABŞ)
Süleyman Şükürov - Kornelius Eylertsen (Norveç)
1/16 final
Murad Fətiyev - Yahor Varapayev (Belarus) / Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi

100 kq
1/32 final
Zelim Kotsoyev - Baymırat Majanov (Türkmənistan)

+100 kq
1/16 final
Uşanqi Kokauri - Emirxan Joldoşkazıyev (Qırğızıstan)
Kənan Nəsibov - Losseni Kone (Almaniya) / Vidak Malyeviç (Serbiya) cütünün qalibi
Camal Qamzatxanov - Fransisko Solis (Çili)

Qarışıq komanda yarışı
1/16 final
Azərbaycan - Avstriya

İdman.Biz