İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniya və İsveçrə qələbə qazandı - YENİLƏNİB + VİDEO

4 Oktyabr 2026 00:45
934
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniya və İsveçrə qələbə qazandı

UEFA Millətlər Liqasında üçüncü turun oyunları çərçivəsində İspaniya və İsveçrə yığmaları növbəti qələbələrini qazanıblar.

İdman.Biz xəbər verir ki, A Liqasının üçüncü qrupunda yer alan İspaniya doğma meydanda Çexiyanı 3:1 hesabı ilə məğlub edib.

Oviedodakı “Nuevo Karlos Tartyere” stadionunda keçirilən görüşdə hesab 6-cı dəqiqədə açılıb. Lamin Yamal İspaniyanı önə keçirib. 35-ci dəqiqədə Rodri fərqi artırıb. Çexiya 69-cu dəqiqədə Jiri Slama ilə qollardan birinin əvəzini çıxıb.

Qonaqların kapitanı Ladislav Kreyçi 85-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. İspaniya say üstünlüyündən yararlanaraq 89-cu dəqiqədə Mikel Merino ilə yekun hesabı müəyyənləşdirib - 3:1.

Bu qələbədən sonra İspaniya üç oyunda 9 xal toplayaraq qrup liderliyini davam etdirir. Çexiyanın isə hesabında xal yoxdur.

B Liqasının birinci qrupunda isə İsveçrə Sloveniyanı 2:1 hesabı ilə məğlub edib.

Lütserndə keçirilən görüşdə Sloveniya artıq ikinci dəqiqədə Jan Vipotnikin qolu ilə önə keçib. İsveçrə 10-cu dəqiqədə Erik Yanjanın avtoqolu ilə hesabı bərabərləşdirib. Dan Ndoy 38-ci dəqiqədə meydan sahiblərinə qələbə qazandıran qola imza atıb.

Eyni qrupda yer alan Şotlandiya millisi səfərdə Şimali Makedoniyanı iki cavabsız qolla məğlub edib.

21:55

UEFA Millətlər Liqasının 2026/2027 mövsümündə A Liqasının üçüncü qrupunun üçüncü turunda Xorvatiya və İngiltərə yığmaları üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, Rijekadakı eyniadlı stadionda keçirilən qarşılaşma İngiltərənin 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 8-ci dəqiqədə Harri Keyn açıb. Cud Bellinqem 21-ci dəqiqədə fərqi artırıb, Entoni Qordon isə 39-cu dəqiqədə üçüncü qolu vurub. İlk hissənin son dəqiqəsində Bukayo Saka hesabı 4:0 edib.

İkinci hissədə də hücumlarını davam etdirən ingilislər daha üç dəfə fərqləniblər. Keyn 53-cü dəqiqədə dublunu rəsmiləşdirib, Saka 68-ci dəqiqədə ikinci qolunu vurub. Oyuna sonradan daxil olan Morgan Rocers isə 87-ci dəqiqədə yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra İngiltərə xallarının sayını 6-ya çatdırıb. Eyni xala malik İspaniya isə üçüncü turda Çexiya ilə qarşılaşacaq. Xorvatiyanın aktivində 3 xal var.

C Liqasının birinci qrupunun üçüncü turunda Belarus və San-Marino yığmaları qarşılaşıb.

Budapeştdə keçirilən görüş Belarusun 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandada Artyom Kontsevoy dubl edib, Artyom Şumanski və Maks Ebon isə hərəyə bir qol vurublar.

C Liqasının dördüncü qrupunda baş tutan qarşılaşmalarda İslandiya Bolqarıstanı 3:0, Estoniya isə Lüksemburqu 1:0 hesabı ilə məğlub edib.

19:03

Finlandiya yığması UEFA Millətlər Liqasının qrup mərhələsində Albaniyanı məğlub edib.

İdman.Biz xəbər verir ki, Helsinkidə keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Albaniya dördüncü dəqiqədə Manajın qolu ilə hesabda önə keçib. 22-ci dəqiqədə Albaniyanın qapıçısı Berişa qırmızı kart alaraq meydan qovulub. Bundan istifadə edən finlər iki qol vuraraq, qələbə qazanıblar. Finlandiyanın heyətində “Los-Anceles” klubunda çıxış edən Leo Valta dubl edib.

Bu qələbədən sonra Finlandiya yeddi xalla C1 qrupunda liderliyə yüksəlib. Albaniya isə 6 xalla ikinci pillədə qərarlaşıb.

Oktyabrın 6-da Finlandiya Belarusla, Albaniya isə San-Marino ilə qarşılaşacaq.

10:17

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti qarşılaşmalar baş tutacaq.

İdman.Biz xəbər verir ki, oyun günündə səkkiz matç keçiriləcək.

A Liqasının üçüncü qrupunda Xorvatiya İngiltərəni, İspaniya isə Çexiyanı qəbul edəcək.

B Liqasının birinci qrupunda Şimali Makedoniya Şotlandiya ilə, İsveçrə isə Sloveniya ilə qarşılaşacaq.

C Liqasının birinci qrupunda Finlandiya Albaniya ilə, Belarus San Marino ilə üz-üzə gələcək.

C Liqasının dprdüncü qrupunda isə Estoniya Lüksemburqu, İslandiya Bolqarıstanı qəbul edəcək.

UEFA Millətlər Liqası(Oyunlar Bakı vaxtı ilə qeyd olunub)

3 oktyabr

A Liqası, III qrup

20:00. Xorvatiya – İngiltərə

22:45. İspaniya – Çexiya

B Liqası, I qrup

22:45. Şimali Makedoniya – Şotlandiya

22:45. İsveçrə – Sloveniya

C Liqası, I qrup

17:00. Finlandiya – Albaniya

20:00. Belarus – San Marino

C Liqası, IV qrup

20:00. Estoniya – Lüksemburq

20:00. İslandiya – Bolqarıstan

İdman.Biz