“Pari NN”nin qapıçısı Azərbaycan millisinə dəvət ala bilər

4 Oktyabr 2026 23:18
86
“Pari NN”nin qapıçısı Azərbaycan millisinə dəvət ala bilər

Rusiyanın “Pari Nijnı Novqorod” futbol komandasının qapıçısı İslam İmamov Azərbaycan millisinə dəvət ala bilər.

İdman.Biz xəbər verir ki, AFFA 26 yaşlı qolkiperin Azərbaycan millisində çıxış etməsi üçün razılığını alıb. Milli komandanın məşqçilər heyəti də İmamovun xidmətində maraqlıdır.

Qapıçının komanda ilə tanış olması və adaptasiya keçməsi üçün hazırkı təlim-məşq toplanışına dəvət edilməsi variantı nəzərdən keçirilsə də, bu baş tutmayıb.

İmamov hələ Azərbaycan vətəndaşlığına malik deyil. Onun milli komandanın növbəti toplanışına dəvət olunması ehtimal edilir.

Qeyd edək ki, İslam İmamov iyulda “Pari Nijnı Novqorod”a keçib. Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilədək qüvvədədir. Qapıçı daha əvvəl “Legion-Dinamo”, “Kuban Holdinq” və “SKA-Xabarovsk” komandalarında çıxış edib.

İdman.Biz