"Qarabağ"dan ayrılan Hamudi Keytanın yeni klubu bəlli olub.
İdman.biz xəbər verir ki, seneqaləsilli fransalı hücumçu karyerasını Türkiyə Superliqasında davam etdirəcək.
29 yaşlı futbolçu "Konyaspor"la 2 illik müqavilə imzalayıb. Keyta yeni komandasında 28 nömrəli formada meydana çıxacaq.
Qeyd edək ki, Hamidu start götürən mövsümdə "Qarabağ"ın heyətində 7 oyunda 1 dəfə fərqlənmişdi.
İdman.biz