Deklan Raysdan ilk – 246-cı oyunda

Xəbərlər
31 Avqust 2024 18:52
167
Deklan Raysdan ilk – 246-cı oyunda

“Arsenal” Premyer Liqanın III turunda “Brayton”la qarşılaşıb.

İdman.biz xəbər verir ki, bu matç Deklan Raysın ilk dəfə qırmızı vərəqə alması ilə əlamətdar olub.

“Arsenal”ın müdafiəçisi 49-cu dəqiqədə cəzalanıb. O, Premyer Liqa karyerasında ilk dəfə belə cəza alıb. Bu, Deklanın 246-cı matçına təsadüf edib.

Qeyd edək ki, Londonda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

İdman.biz