Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibi Slovakiyanın heyəti açıqlanıb.
İdman.biz xəbər verir ki, komandanın baş məşqçisi Françesko Kaltsona 27 futbolçuya dəvət göndərib.
Slovakiyalılar C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Tallində Estoniya, 8-də isə Koşitsedə Azərbaycan millisi ilə qarşılaşacaq.
Qapıçılar: Martin Dubravka, Marek Rodak, Henrich Ravas
Müdafiəçilər: Peter Pekarik, Michal Tomiç, Norbert Qyömber, Denis Vavro, Lubomir Şatka, Milan Şkriniar, Adam Obert, David Hançko, Samuel Kozlovski
Yarımmüdafiəçilər: Stanislav Lobotka, Peter Pokornı, Yuray Kuçka, Ondrey Duda, Lazlı Benes, Tomaş Riqo, Matuş Bero
Hücumçular: Lukaş Haraslin, David Duriş, Leo Sauer, Lubomir Tupta, Ivan Şranz, Tomaş Suslov, David Strelec, Robert Bojenik.
Qeyd edək ki, Slovakiya - Azərbaycan qarşılaşması sentyabrın 8-də saat 20:00-da Koşitse Futbol Arenasında keçiriləcək.
İdman.biz