Fransanın PSJ futbol klubunun prezidenti Nasser Əl-Xəlaifi televiziya yayım hüquqları ilə bağlı yeni hüquqi prosesin mərkəzinə düşüb.
İdman.Biz xəbər verir ki, Fransa prokurorluğu Əl-Xəlaifi barəsində ilkin araşdırmaya başlayıb. İş Liqa 1-in televiziya yayım hüquqlarının bölüşdürülməsi və bu prosesdə mümkün maraqlar toqquşması ilə bağlıdır.
Məlumata görə, araşdırma Əl-Xəlaifinin həm PSJ prezidenti, həm də “beIN Media Group”un rəhbəri kimi müxtəlif rollarının həmin prosesə təsir edib-etmədiyini müəyyənləşdirməyə yönəlib. Hazırkı mərhələdə söhbət ilkin araşdırmadan gedir və onun barəsində ittiham irəli sürülməyib.
Əl-Xəlaifi və onun tərəfi hər hansı qanun pozuntusunu rədd edir. Hüquqi prosesin növbəti mərhələsi araşdırmanın nəticələrindən asılı olacaq.
