Bellinqem “Real”la yeni müqaviləyə yaxındır

20 Sentyabr 2026 15:22
81
Bellinqem “Real”la yeni müqaviləyə yaxındır

İspaniyanın “Real Madrid” futbol komandasının yarımmüdafiəçisi Cud Bellinqem yeni müqavilə imzalamağa yaxındır.

İdman.Biz xəbər verir ki, insayder Nikolo Skiranın məlumatına görə, tərəflər yeni sözləşmənin rəsmiləşdirilməsinə bir addım qalıb. 23 yaşlı futbolçunun yeni müqaviləsinin 2032-ci ilədək nəzərdə tutulduğu bildirilir.

Bellinqem 2023-cü ilin yayından “Real Madrid”də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonunadək qüvvədədir.

Qeyd edək ki, ingiltərəli yarımmüdafiəçi cari mövsümdə La Liqada altı oyuna çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə verib.

İdman.Biz