Almaniyanın “Bavariya” futbol komandasının hücumçusu Harri Keyn futbolçu karyerasını başa vurduqdan sonra insanların onu necə xatırlamasını istədiyindən danışıb.
İdman.Biz xəbər verir ki, “The Touchline”a açıqlamasında ingiltərəli forvard onun üçün hər zaman komandanın maraqlarının birinci yerdə olduğunu bildirib.
“Məni həmişə komandanın maraqlarını birinci yerə qoyan futbolçu kimi xatırlamalarını istəyirəm. Komanda yoldaşlarına hörmət edən insan kimi. Sən heç vaxt komandan, klubun və ya milli yığmandan vacib ola bilməzsən”, - Keyn deyib.
Qeyd edək ki, 33 yaşlı hücumçu 2026/27 mövsümündə “Bavariya”nın heyətində bütün turnirlərdə yeddi oyun keçirib, altı qol vurub və bir məhsuldar ötürmə verib. Münhen klubu hazırda Bundesliqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
