Azərbaycan millisində yeni baş məşqçi

26 Avqust 2024 16:22
774
Azərbaycan millisində yeni baş məşqçi

23 yaşadək minifutbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) mətbuat xidməti açıqlayıb.

Yığmanın baş məşqçi vəzifəsi Rəcəb Fərəczadəyə tapşırılıb. Mütəxəssis oktyabrın 7-10-da Xorvatiyada keçiriləcək U-23-lər arasında dünya çempionatında komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, baş məşqçinin köməkçiləri Tural Nərimanov və Natiq Kərimi təyin olunub.

İdman.biz