“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Kərbəlaya yola düşüb.
İdman.Biz xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, Kərbəlaya gedən zəvvarlardan biri Azərbaycan millisinin müdafiəçisinin təyyarədə olan fotosunu paylaşaraq ziyarətə getdiklərini bildirib.
Qeyd edək ki, Elvin Cəfərquliyev sentyabrın əvvəlində zədədən əməliyyat olunub. O, UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Dinamo” (Kiyev) ilə cavab oyununda zədələnib. Futbolçunun sol budunun arxa əzələ qrupuna daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanıb.
