Tahir Gözel Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb

13 Avqust 2024 21:07
1 295
Tahir Gözel Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb

"Qarabağ"ın prezidenti Tahir Gözel Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Hüseynov ilə onun xanımı ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva ilə görüşüb.

İdman.biz xəbər verir ki, görüş Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Lüdoqorets”lə qarşılaşacaq Ağdam klubunun Bolqarıstana səfəri çərçivəsində baş tutub.

Tahir Gözel göstərilən diqqət və dəstək üçün səfirlərə təşəkkür edib. Hüseyn Hüseynov və Leyla Abdullayeva “Lüdoqorets” – “Qarabağ” oyununu stadionda canlı izləyəcəklər.

Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

İdman.biz