“İmişli” iki futbolçunu göndərir

18 Aprel 2026 15:42
614
“İmişli” iki futbolçunu göndərir

Mövsüm sonunda “İmişli” iki futbolçusu ilə yollarını ayıracaq.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, Elitanın debutantı müdafiəçisi ilə vidalaşacaq.

Söhbət braziliyalı Dioqo Rollodan gedir. Bölgə təmsilçisi 2025-ci ilin yanında futbolçu ilə iki illik müqavilə imzalayıb.

Bundan başqa klub yarımmüdafiəçi Luis Silvestrlə də vidalaşacaq. Braziliyalı oyunçu ilə də 2025-ci ildə iki illik müqavilə imzalanmışdı.

İdman.Biz