Norveçli hücumçu Erlinq Holand klub yoldaşı, “Mançester Siti”nin özbəkistanlı müdafiəçisi Abdukodir Xusanovun istedadını yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, norveçli hücumçu bu barədə “Sky Sports”a açıqlamasında danışıb.
“Xusa bizim üçün sadəcə möhtəşəmdir! Hər şey asan deyildi: yeni ölkəyə köç, dili bilməmək. Bu, çətindir. Üstəlik, təzyiq də var idi, çünki o, İngiltərə Premyer Liqasında çıxış edən ilk özbək futbolçudur”, - deyə Erlinq Holand bildirib.
Abdukodir Xusanov 2025-ci ilin yanvarında “şəhərlilər”in sıralarına qoşulub.
Cari mövsümdə müdafiəçi bütün turnirlərdə 31 oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb.
Futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalının məlumatına görə, onun bazar dəyəri 35 milyon avrodur.
