İPL: Mançesterdə liderlərin döyüşü, Liverpul derbisi və Londonda vacib qarşılaşma – İDMAN.BİZ-in İCMALI

18 Aprel 2026 14:46
208
İPL: Mançesterdə liderlərin döyüşü, Liverpul derbisi və Londonda vacib qarşılaşma – İDMAN.BİZ-in İCMALI

İngiltərə Premyer Liqasında(İPL) 33-cü turun oyunları bu həftəsonu keçiriləcək və bir sıra qarşılaşmalar çempionluq mübarizəsi baxımından həlledici əhəmiyyət daşıya bilər.

İdman.Biz xəbər verir ki, 32-ci turdan sonra turnir cədvəlində vəziyyət daha da gərginləşib. “Arsenal” evdə “Bornmut”a 1:2 hesabı ilə uduzub, “Mançester Siti” isə səfərdə “Çelsi”ni 3:0 məğlub edib.

Nəticədə London təmsilçisi 70 xalla liderliyini davam etdirir, “Siti” isə 64 xalla və bir oyun az keçirməklə ikinci pillədə qərarlaşıb. Bu isə onların qarşıdakı birbaşa görüşünü çempionluq mübarizəsində həlledici edə bilər. Çempionlar Liqası zonasındakı yarış da son dərəcə sıxdır: “Mançester Yunayted” və “Aston Villa”nın 55, “Liverpul”un 52, “Çelsi”nin 48, “Brentford” və “Everton”un isə 47 xalı var.

“Çelsi” – “Mançester Yunayted” (18 aprel)

Turun əsas oyunlarından biri Londonda keçiriləcək. Altıncı yerdəki “Çelsi” üçün bu görüş Çempionlar Liqası zonasına yaxınlaşmaq baxımından böyük əhəmiyyət daşıyır. Üçüncü pillədəki “Mançester Yunayted” isə mövqeyini qorumağa çalışacaq. İlk dövrədə Mançester klubu 2:1 hesabı ilə qalib gəlmişdi.

“Çelsi” bu oyuna “Mançester Siti”yə 0:3 hesablı məğlubiyyətdən sonra çıxır. Komandada zədəli futbolçuların geri dönüşü gözlənilir.

“Yunayted” isə “Lids”ə 1:2 uduzduqdan sonra Londona yollanır və heyətdə itkilərlə üzləşib.

“Everton” – “Liverpul” (19 aprel)

Liverpul derbisi bu dəfə həm emosional, həm də turnir cədvəli baxımından böyük önəm daşıyır. “Liverpul” 52 xalla beşinci, “Everton” isə 47 xalla səkkizinci yerdədir. İlk dövrədə “Liverpul” 2:1 hesabı ilə qalib gəlmişdi.

“Liverpul” üçün bu oyun çətin dövrə təsadüf edir: komanda Çempionlar Liqasından kənarlaşdırılıb və heyətdə itkilər var. “Everton” isə evdə stabil nəticələr seriyası ilə çıxış edir.

“Mançester Siti” – “Arsenal” (19 aprel)

Turun mərkəzi qarşılaşması Mançesterdə keçiriləcək. “Arsenal” 70 xalla liderdir, “Mançester Siti” isə 64 xalla ikinci pillədə qərarlaşıb və bir oyun ehtiyatda saxlayır.

Əgər “Siti” bu oyunda qalib gələrsə və ehtiyat görüşünü də udarsa, liderlik mübarizəsi tamamilə yenidən başlayacaq. Mövsümdə komandalar artıq iki dəfə üz-üzə gəlib: Premyer Liqada 1:1, Liqa Kubokunda isə “Siti” 2:0 hesabı ilə qalib gəlib.

“Arsenal” bir sıra zədələrlə üzləşib, “Siti” isə daha stabil heyətlə oyuna hazırlaşır. Hər iki komanda üçün bu qarşılaşma çempionluq yolunda həlledici rol oynaya bilər.

33-cü turun oyunları

18 aprel:

“Brentford” – “Fulhem”

“Lids” – “Vulverhempton”

“Nyukasl” – “Bornmut”

“Tottenhem” – “Brayton”

“Çelsi” – “Mançester Yunayted”

19 aprel:

“Aston Villa” – “Sanderlend”

“Everton” – “Liverpul”

“Nottingem Forest” – “Bernli”

“Mançester Siti” – “Arsenal”

20 aprel:

“Kristal Pelas” – “Vest Hem”

Turnir cədvəli (33-cü tura qədər)

“Arsenal” – 70

“Mançester Siti” – 64

“Mançester Yunayted” – 55

“Aston Villa” – 55

“Liverpul” – 52

“Çelsi” – 48

“Brentford” – 47

“Everton” – 47

“Brayton” – 46

“Sanderlend” – 46

“Bornmut” – 45

“Fulhem” – 44

“Kristal Pelas” – 42

“Nyukasl” – 42

“Lids” – 36

“Nottingem Forest” – 33

“Vest Hem” – 32

“Tottenhem” – 30

“Bernli” – 20

“Vulverhempton” – 17

İdman.Biz