“Real Madrid” prezidenti Florentino Peres mövsümün sonunda komandanın strukturunda ciddi dəyişikliklər etməyi planlaşdırır.
İdman.Biz xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb. Məlumata görə, klub rəhbəri yay transfer pəncərəsində komandadan ayrılacaq səkkiz futbolçudan ibarət siyahı tərtib edib.
Siyahıda ilk ad yarımmüdafiəçi Eduardo Kamavinqadır. Bildirilir ki, futbolçu ötən yay klubdan ayrılmaq istəyi ilə bağlı müraciət etmişdi.
Planlara əsasən, müdafiəçilər Fran Qarsia və Raul Asensio, həmçinin yarımmüdafiəçi Dani Keballos da klubdan ayrılacaq.
Eyni zamanda “Real” müdafiəçilər David Alaba və Dani Karvahal ilə başa çatan müqavilələri yeniləməyi planlaşdırmır.
Bundan başqa, “Kral klubu” hücumçular Franco Mastantuono və Qonzalo Qarsianı icarəyə vermək niyyətindədir.
