Kan “Real Madrid"i sərt tənqid etdi

18 Aprel 2026 13:01
157
Kan “Real Madrid"i sərt tənqid etdi

Alamaniya milli kimandasının sabiq qapıçısı Oliver Kan "Real Madrid" klubunu Çempionlar Liqasının 1/4 final qarşılaşmasından sonra hakimliklə bağlı reaksiyasına görə tənqid edib.

Xatırladaq ki, matçın 86-cı dəqiqəsində baş hakim "Kral klubu"nun yarımmüdafiəçisi Eduardo Kamavinqaya ikinci sarı vərəqə göstərib. İspaniya təmsilçisinin futbolçuları bu qərardan narazı qalıb, komandanın baş məşqçisi Alvaro Arbeloa isə oyundan sonra baş hakimin qarşılaşmanı korladığını bildirib.

İdman.Biz xəbər verir ki, Oliver Kahn bu vəziyyətlə bağlı kəskin fikirlər səsləndirib:

“Buna son qoymalıyıq. Onlar daha cəzasız qala bilməzlər. Nə vaxt hər şey onların planına uyğun getmir, bu, həmişə xaosla nəticələnir. Onlar elə davranırlar ki, sanki hər bir hakim qərarı onların xeyrinə verilməlidir. Keçmişdə də eyni şeyi edirdilər, yenə eyni vəziyyətlə üz-üzəyik. Bu, qəbuledilməzdir və buna son qoyulmalıdır. Açığı, bu, onların Çempionlar Liqasında 15 titul qazanmasına necə nail olduqları barədə çox şey deyir”, - deyə Oliver Kan vurğulayıb.

İdman.Biz