Arne Slot “Liverpul” klubunun yay transfer planlarının dəyişə biləcəyini bildirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis planların həm hücumçu HuQo Ekitikenin zədəsi, həm də komandanın UEFA Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmayacağından asılı olduğunu vurğulayıb.
Slotun sözlərinə görə, mövsümün nəticələri klubun transfer strategiyasına birbaşa təsir göstərə bilər və heyət planlaması yekun qərarlardan asılı olaraq yenidən nəzərdən keçiriləcək.
