“Real Madrid" mümkün baş məşqçi dəyişikliyi halında Massimiliano Alleqri və Maurisio Poçettino variantlarını nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, bu barədə "L’Équipe" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, hazırkı baş məşqçi Alvaro Arbeloanın mövqeyi komandanın qeyri-sabit nəticələrinə görə qeyri-müəyyən olaraq qalır. Buna Çempionlar Liqasından kənarlaşma və İspaniya çempionluğu uğrunda mübarizədə demək olar ki, məğlub olunmaları səbəb göstərilir.
Məşqçilər korpusunda dəyişiklik olacağı təqdirdə, “Real Madrid" artıq mümkün namizədləri dəyərləndirir. Prioritet variantlar sırasında hazırda “Milan”ı çalışdıran Massimiliano Alleqri və ABŞ millisinin baş məşqçisi olan Maurisio Poçettino yer alır.
